Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərli yeniyetmələr medalla geri dönüblər

16 may 2016 | 16:00

Tərtərli boksçular ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında 14-cü beynəlxalq boks turnirində uğurlu nəticələr əldə ediblər. Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər Uşaq Gənclər İdman Məktəbinin  məşqiçi müəllimi Faiq Məmmədovu və onun medal qazanmış yetirmələrini qəbul etmişdir.

Məşqçi müəllim bildirmişdir ki, Bakı şəhərində 11 ölkə boksçularının iştirakı ilə keçirilən yarışda Tərtər rayonunu üç idmançı təmsil edib. Tərtərli boksçular çempionatda iki medal qazana biliblər. Belə ki, 52 kiloqram çəki dərəcəsində çıxış edən Elşən Cəbizadə birinci, 50 kiloqram çəki dərəcəsində isə Məhərrəm Məhərrəmzadə ikinci yerə layiq görülüblər.

Rayon rəhbəri məşqçi Faiq Məmmədovu, onun yetirmələri olan Elşən Cəbizadəni və Məhərrəm Məhərrəmzadəni beynəlxalq turnirdə qazandıqları uğurlara görə təbrik etmiş, gənc boksçulara uğurlar arzulamışdır.

İdmançılara rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr verilmişdir.
 

Keçidlər