Müdafiə naziri cəbhəboyu zonada yeni tikilən hərbi şəhərcikdəki inşa işlərinin gedişatını yoxlayıb
11 may 2016 | 16:00
Mayın 11-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yeni tikilən hərbi şəhərciklərdəki inşa işlərinin gedişatını yoxlayıblar.
Qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, qazanxana-camaşırxana-hamamxana kompleksi və tikinti gedən digər obyektlərdə olan Müdafiə naziri müvafiq tapşırıq və tövsiyələrini verib.