Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun “Şahinlər” komandası respublika üçüncüsü oldu

11 may 2016 | 16:00

Mayın 11-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “ŞAHİN” hərbi idman oyunun respublika final yarışında III yeri tutmuş Seydimli kənd tam orta məktəbinin komandası ilə görüşmüşdür.

Görüşdə rayon rəhbəri Müstəqim Məmmədov çıxış edərək gənc nəslin hərbi vətənpərvərlik ruhunda yetişməsində, hərbi və fiziki hazırlığında, onlara Vətənə məhəbbət hisslərinin aşılanmasında “Şahin” hərbi-idman oyununun əhəmiyyətini yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, yeniyetmələrin və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb edilməsi onların ordu sıralarında xidmətə hazırlanmasında böyük əhəmiyyətə malikdir.

Tədbirdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərdiyi vurğulanmış, dövlətimizin gənclər siyasətində hərbi vətənpərvərlik sahəsinin mühüm yer tutduğu diqqətə çatdırılmışdır.

Sonda rayon rəhbəri komanda üzvlərinə və müəllimlərinə qiymətli hədiyələr təqdim etmiş və xatirə şəkili çəkilmişdir.

 

Keçidlər