Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev-93: İnşa yazı müsabiqəsi keçirilmişdir

07 may 2016 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti tədbirlər planına uyğun olaraq təhsil şöbəsi ilə birlikdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda inşa yazı müsabiqəsi keçirmişdir.

Müsabiqənin birinci mərhələsi məktəblərdə, yekun turu isə şəhər 2 saylı məktəb-liseydə olmuşdur. Yekun turda 37 ümumtəhsil məktəbindən 37 nəfər şagird iştirak etmişdir. İnşa yazısına iki akademik saat vaxt ayrılmışdır.
Tədbiri  rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Rasim Bayramov açaraq məktəbliləri salamlamış, onlara Ulu Öndərin həyat və fəaliyyəti  haqqında məlumat vermişdir.

“Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin qalibləri müəyyənləşdirildikdən sonra onlara ümummilli liderə  həsr olunmuş umumrayon tədbirində rayon icra hakimiyyəti və təhsil şöbəsi tərəfindən diplom və qiymətli hədiyyələr veriləcəkdir.
Tədbirdə rayon icra hakimiyyətinin nümayəndəsi Tunarə Məmmədzadə iştirak etmişdir.

Keçidlər