“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib
Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti və YAP rayon təşkilatı ilə birgə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda Azərbaycan xalqının Umummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirmişdir.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin nümayəndəsi Tunarə Məmmədzadə açmış, sonra tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra T. Məmmədzadə “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda çıxış etmişdir.
Rayon Gənclər və İdman idarəsinin rəisi-əvəzi Səadət Hüseynova “Heydər Əliyev və Azərbaycan gəncliyi”, YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Emin Pənahov “Ulu Öndərin həyat və fəaliyyəti gənc nəsillərə örnəkdir”, Rayon təhsil şöbəsinin ekoloji tərbiyə təcrübəçilik mərkəzinin əməkdaşı Nigar Məstəlizadə “Heydər Əliyev və Azərbaycan təhsili”, rayon mədəniyyət və turizm şöbəsinin kütləvi işçisi Ülviyyə Süleymanova “Azərbaycanın mədəniyyət sahəsində Heydər Əliyevin rolu” mövzusunda çıxış etmişlər.
Tədbiri rayon icra hakimiyyətinin nümayəndəsi Tunarə Məmmədzadə yekunlaşdırdı.
Sonda “dəyirmi masa” iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən video çarxa baxdılar.