Hüsənli, Əskipara və Evoğlu kəndlərinin kəndaxili yolları təmir olunaraq sakinlərin istifadəsinə verildi
Tərtər rayonunun Hüsənli, Əskipara və Evoğlu kəndlərinin kəndaxili yolları təmirdən sonra mayın 7-də sakinlərin istifadəsinə verilmişdir.
Tədbirə rayon icra hakimiyyətinin nümayəndələri, idarə, müəssisə rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri böyük sevinclə qatılmışlar.
Əvvəlcə Əskipara kənd ağsaqqalı Allahiyar Allahverdiyev, Hüsənli kənd ağsaqqalı Yusif Ağayev , sakinlərdən Rəfail Kamalov, Şükür Həsənov və başqaları çıxış edərək yollarının təmir olunması ilə əlaqədar ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, əvvəllər kəndarası yolların vəziyyəti çox yarıtmaz idi. Şagirdlər bu yolla məktəbə çətinliklə gedirdilər. İndi isə təmirdən sonra yollarımız abad və rahatdır.
Respublika Prezidenti tərəfindən rayonumuza daim diqqət və qayğı göstərilir. Yaxın günlərdə ölkə rəhbərinin öz xanımı ilə birgə rayonumuza səfəri bunun bariz nümunəsidir. Ali Baş Komandan rayonumuzda hərbi hissədə olmuş, düşmənlə 200 metir məsafədə yerləşən Qapanlı kəndinin sakinləri ilə görüşmüş, dağılan evlərə baş çəkmişdir. Bu, Tərtər rayon sakinlərinin dövlətə və dövlətçiliyə olan inamını daha da möhkəmlətmişdir. Tərtərlilər bir daha şahidi oldular ki, Möhtərəm Prezident çətin günlərdə xalqla birgədir. İnanırlar ki, yaxın vaxtlarda Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad olunacaqdır.
Sonra çıxış edən iş icraçısı İlqar Qasımov bildirmişdir ki, yerli icma birliklərinin təşəbbüsü ilə təmir olunan yollar Hüsənli, Əskipara, Evoğlu kəndlərində 27 kiometr məsafəni əhatə edir. Yolun eni 5-8 metr, bəzi yerlərdə isə 10-15 metirə çatır. Təmir işləri aparılan zaman əvvəlcə yol yataqları işlənmiş, sonra 10-15 santimetr qalınlığında qrabil qatı döşəndik bərkitmə işləri aparılmdır. Yenidən 5-15 santimetr qalınlığında doğranmış çınqıl qatı verilərək bərkitmə işləri aparılmışdır. Su keçidləri yeni 350-500 diametirlik su boruları ilə əvəzlənmişdir.
Tərdbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov sakinləri yeni istifadəyə verilmiş yolun açılışı münasibəti ilə təbrik etmiş, bildirmişdir ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalmışdır. Nəticədə 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 7 nəfər mülki şəxs yaralanıb, 2 nəfər məcburi köçkün dünyasını dəyişib. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəyib. Buna baxmayarq qəhrəman tərtərlilər bir an belə rayonumuzu tərk etməmiş abadlıq-quruculuq işləri ilə məşğul olmuşlar. Belə ki, təmas xəttinə yaxın yerləşən bu kəndlərin yolları aprel ayı ərzində, erməni artireliyasının kəndlərimizə atəş açdığı vaxtda çəkilmişdir. Bundan əlavə şəhərin əsas küçələrinə asfalt örtüyü salınmış, şəhərin su-kanalizasiya xətlərinin çəkilişi, yeni tikilən körpələr evi-uşaq bağçasında tikinti işləri davam etdirilmişdir.
Tədbirdə rayon rəhbəri tərəfindən sakinlərin müraciətləri də dinlənilmişdir. Qaldırılan məsələlər barədə əlaqədar qurumlara tapşırıqlar verilmiş, şəxsi problemlərlə müraciət edən vətəndaşların müraciətləri qanun çərçivəsində yerindəcə həll olunmuşdur.