Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir: “Heydər Əliyev və Azərbaycan təhsili”

06 may 2016 | 16:00

Rayon icra hakimiyyəti YAP rayon təşkilatı ilə birlikdə rayon təhsil işçilərinin iştirakı ilə Gənclər Mərkəzində Ulu Öndərin 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tədbir keçirmişdir. Tədbirdə əvvəlcə Ümummilli liderə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, Kəngərli tam orta məktəbinin direktoru İmran Məmmədov, Əskipara kənd tam orta məktəbinin tarix müəllimi Dilguşə Aslanova çıxış edərək Ulu Öndərin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıdan söhbət açmış, onun söylədiyi kəlamları yada salmışlar: “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəsindən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.”

Tədbir iştirakçıları şagirdlərin ifasında mahnılara, şeirlərə, rəqslərə tamaşa etmişlər.

Tədbiri rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov yekunlaşdırdı.

Tədbirdə rayon icra hakimiyyəti, YAP rayon təşkilatı və rayon təhsil şöbəsi tərəfindən təhsildə və ictimai işlərdə fərqlənən bir qrup məktəbliyə fəxri fərman və qiymətli hədiyyələr verildi.

Yığıncaq bu fikirlərlə tamamlandı: Ulu Öndərin xatirəsi bütün Azərbaycan xalqının qəlbində yaşayır. O, Azərbaycan  təhsilinin yolunda sönməyən bir mayak idi. Biz fəxr edirik ki, Azərbaycanlıyıq.

Keçidlər