Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbhə bölgəsində sahibkarlara dəstək verilir

30 aprel 2016 | 16:00

Aprelin 29-da Tərtər rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafında, xüsusilə cəbhə və sərhəd bölgələrində fəaliyyət göstərən sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi və həmin ərazilərdə yaşayan insanların məşğulluğunun təmin edilməsi istiqamətində tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq rayonda sahibkarlara göstərilən diqqət və qayğıdan, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması istiqamətində görülən işlərdən danışmış, kənd təsərrüfatı məhsullarının istehsalı, pambıqçılığın, baramaçılığın inkişafı üçün yaradılan şəraitdən danışmışdır. Bildirmişdir ki, sahibkarlıq sahələrinin genişləndirilməsi məqsədi ilə rayonun Əskipara kəndində  “FİRO Tərtər Aqro” MMC və “Məhəmməd -Tərtər “ MMC yaradılmışdır.” FİRO Tərtər Aqro” MMC-fəaliyyəti üçün ayrılmış  200 hektar  torpaq sahəsində 600 baş xirdabuynuzlu, 100 baş iribuynuzlu heyvanların saxlanması, ət və süd istehsalı nəzərdə tutulmuşdur.” “Məhəmməd -Tərtər “MMC-isə  ilkin olaraq 200 baş xırdabuynuzlu, 50 baş iribuynuzlu  heyvanlar almış, MMC-nin fəaliyyəti üçün ayrılmış 70 ha ərazidə yem bitkiləri və çuğundur əkmişdir. Hər iki MMC-də 46 nəfər daimi və mövsümi işlərə cəlb edilmişdir.

   Son  dövrdə 4 nəfər sahibkara  kiçik südçülük fermer təsərrüfatının,  1 nəfərə kiçik quşçuluq, 1 nəfər faraş tərəvəz yetişdirmək üçün istixananın, 1 nəfərə ətkəsmə və ət satışı  təsərrüfatının  yaradılması üzrə   kiçik həcmli investisiya layihəsinin hazırlanmasına  köməklik göstərilmişdir. Layihələri həyata keçirmək üçün uzynmüddətli aşağı faizli kreditlər götürmək üçün layihələr sahibkarlar tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun rayonumuzda fəaliyyət göstərən   müvəkkil bankı Kapital bankın filialına təqdim olunmuşdur.

Rayon rəhbəri  rayon əhalisi, o çümlədən rayon  sahibkarları adından Möhtərəm cənab Prezidentə öz minnətdarlığını bildirmişdi.

Yüz iyirmiyə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Tərtər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, tərəvəzçilik, cins heyvandarlıq təsərrüfatlarının, 3 ulduz otelin və pendir istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 577 sahibkara 45,5 milyon manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 950-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, indiyədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1115 investisiya layihəsinin maliyyələşdirilməsinə 29,3 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlər, iri fermer təsərrüfatları, quşçuluq fabriki, cins heyvandarlıq kompleksləri, üzümçülük təsərrüfatları və digər sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

İşgüzar forum çərçivəsində Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən 40 sahibkara 260 min manatdan çox güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, pambıqçılıq, heyvandarlıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 40-a yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Tədbir çərçivəsində Tərtər rayonunda güzəştli kredit ayrılmış pambıqçılıq təsərrüfatlarına baxış keçirilib. Ümumilikdə, indiyədək pambıqçılığın inkişafı ilə bağlı 190-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 59 milyon manata yaxın, o cümlədən 5 iri fermer təsərrüfatına 23 milyon manat, 170-dən çox kiçikhəcmli pambıqçılıq təsərrüfatına 2,1 milyon manat, pambığın ilkin emalı ilə bağlı 7 sahibkara 3,8 milyon manat və müasir texnologiyalara əsaslanan 7 tekstil fabrikinə 30 milyon manat güzəştli kredit verilib.

Keçidlər