Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi
08 noyabr 2012-ci il tarixdə Tərtər rayon icra hakimiyyəti YAP Tərtər rayon təşkilatınnı təşkilatçılığı ilə partiyanın yaradılmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünüə gül dəstələri düzüblər. Rayon Gənclər Mərkəzində davam edən tədbirdə iştirakçılar Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov YAP-ın çətin və şərəfli tarixi yol keçdiyini bildirib:
"Yenicə müstəqillik qazanmış Azərbaycanı bürüyən xaos, mənəm-mənəmlik iddiaları gənc dövlətimizin suverenliyini təhlükə qarşısında qoydu. Bacarıqsız, cılız düşüncəli "rəhbərlər" ucbatından Azərbaycan tarixi şəratin verdiyi qismət payından, müstəqilliyindən məhrum olmaq ərəfəsində idi. Belə olan halda Azərbaycanın taleyini düşünən bir qrup ziyalı bu həqiqəti və inamı ifadə edərək, 1992-ci ilin oktyabrında Yeni Azərbaycan Partiyası yaratmaq və ona rəhbərliyi öz üzərinə götürmək xahişi ilə Heydər Əliyevə müraciət etdi". "Məhz 20 il bundan əvvəl işıq üzü görmüş həmin tarixi sənəd əsasında Yeni Azərbaycan Partiyasının yaranması prosesi başlandı, minlərlə insan taleyini, bu partiya ilə bağlamaq arzusunu açıq ifadə etdi" fikrini söyləyən R.Şabanov 1992-ci il noyabrın 21-də dahi şəxsiyyət Heydər Əliyevin Sədrliyi ilə təsis konfransı keçirilərək, Yeni Azərbaycan Partiyasının yarandığı elan edildi: "Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Bələliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük məsuliyyət götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası meydana gəldi".
Tədbirdə YAP Tərtər rayon təşkilatı qadınlar şurasının üzvü Əfruz Babayeva, rayon təşkilatının Sarov kəndi ilk ərazi təşkilatının sədri İnqilab Həsənov, YAP Tərtər rayon təşkilatı gənclər birliyinin sədri Yadigar Səfərov və başqaları çıxış edərək partiyanın keçdiyi çətin və şərəfli yoldan danışıblar.
YAP Siyasi Şurasının üzvü, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı dövrdən möhtəşəm siyasi təşkilat kimi fəaliyyət göstərib: "Məhz bunun nəticəsidir ki, YAP regionda ən güclü siyasi təşkilat kimi formalaşmışdır".
Tədbirdə YAP Tərtər rayon təşkilatınnı idarə heyətinin üzvü, rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov Yeni Azərbaycan Partiyasının milli dövlətçiliyin inkişafındakı xidmətlərindən danışaraq vurğulayıb ki, bu gün YAP ölkəmizdə ən mütəşəkkil və kütləvi siyasi təşkilatdır: "Cəmiyyətin ən müxtəlif sosial təbəqələrini sıralarında birləşdirən partiyanın ictimai-siyasi proseslərə təsir imkanları ildən-ilə genişlənir, beynəlxalq nüfuzu artır. Partiya üzvlərinin təxminən 40 faizinin gənclərdən ibarət olması onun böyük siyasi gələcəyindən və inkişaf potensialından xəbər verir".
Tədbirdə partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.
Sonda tədbir iştirakçıları adından ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edilib.