Şriftin ölçüsü :

Saytın rəngi :

Müdafiə naziri Tərtərdə

26 aprel 2016 | 16:00

Aprelin 25-dən 26—na keçən gecə cəbhə xəttində baş verən hadisələrlə bağlı  müdafiə naziri general-polkovnik Zakir Həsənov Tərtər rayonunda olub. Nazir Tərtər şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

Sonra Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ilə birgə Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtər rayonunun sakinlərinə məxsus ziyan dəyən evlərə baxış keçirib. 

Müdafiə Naziri Tərtər rayon sakinləri ilə görüşüb. O, qeyd edib ki, ötən gecə ermənilər yenidən atəşkəs rejimini pozaraq cəbhəboyu yaşayış məntəqələrini atəşə tutub Cəbhədə erməni hərbi birləşmələrinin növbəti təxribatlarının qarşısını Azərbaycan ordusu layiqincə ala bilib və düşmənə sarsıdıcı zərbələr endirib.

Görüşdə sakinlər yüksək əhval-ruhiyyədə olduqlarını, Vətəninin müdafiəsi və ermənilərin işğal etdiyi torpaqların azad olunması üçün hər zaman Azərbaycan Silahlı Qüvvələrinə dəstək olduqlarını bildiriblər.  Ordu və xalq birliyini nümayiş etdiriblər.

 

Keçidlər