“Azərbaycan gənclərinə dəstək”
22 aprel 2016 | 16:00
Aprel ayının 22-də Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyi “Azərbaycan gənclərinə dəstək” layihəsi çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətində görüş keçirmişdir. Görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, UNİCEF-in yeniyetmə və gənclərin inkişafı proqramının rəhbəri Aida Aylarova, UNİCEF-in Kopenhagendəki mərkəzi ofisinin əməkdaşı Peta Barnts, UNİCEF-in Azərbaycan nümayəndəliyinin əməliyyat şöbəsinin əməkdaşı Elman Bayramov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) əməkdaşı Nahid Quliyev və rayon gənclərinin nümayəndələri iştirak etmişlər.