Rayon ərazisində yerləşən hərbi hissələrdə silsilə bayram tədbirləri davam edir
Novruzun gəlişi münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə rayon ərazisində yerləşən hərbi hissələrdə bayram tədbirləri keçirmişdir.
Tədbir iştirakçıları əvvəlcə əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, ordumuzun arsenalında olan silahlarla tanış olmuş, əsgərlərin nümunəvi çıxışlarına baxmışlar. Rayon mədəniyyət evinin özfəaliyyət kollektivi əsgərlər qarşısında konsert proqramı ilə çıxışlar etmişdir.
Tədbirlərdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək əsgər və zabitləri Milli bayramımız-Novruz bayramı münasibəti ilə təbrik etmiş, müasir Milli Ordumuzu çağdaş Azərbaycanın qurucusu, xalqımızın umummilli lideri Heydər Əliyevin şah əsərindən biri adlandırmışdır. Rayon rəhbəri respublika prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğını xüsusi qeyd etmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün güclənən Azərbaycan Ordusunun dövlətin keşiyində ayıq-sayıq dayanaraq öz müqəddəs missiyasını yerinə yetirdiyini bildirmişdir. Qeyd etmişdir ki, düşmənlə 48 km təmas xətti olan cəbhə bölgəsində hərbi xidmət keçməyin məsuliyyət yükü daha böyükdür. Respublikamızda, eləcə də rayonumuzda ordunun arxasında xalq, xalqın arxasında isə ordu dayanır. Bu birlik nəticəsində qəhraman tərtərlilər düşmənə bir qarış da torpaq verməmişlər.
Çıxışının sonunda rayon rəhbəri bir daha əsğər və zabitləri, övladları ilə görüşə gələn əsgər valdeyinlərini Novruz bayramı münasibəti ilə təbrik etmiş, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulamışdır. Tərtərlilərin tezliklə Azərbaycan bayrağının işğal altında olan torpaqlarımızda dalğalanacağına inandıqlarını bildirmişdir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Müdafiə Nazirliyinin generalı Rasim Əliyev və korpus komandiri general Hikmət Həsənov N saylı hərbi hissənin həyətindəki yaşıllıq zolağında ağac əkmişlər.
Bayram münasibəti ilə hərbçilərə bayram sovqatları paylanmış, rayon rəhbəri əsgərlərlə birgə bayram süfrəsi arxasında əyləşmişdir.