Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərlilər də İDEA İctimai Birliyinin təşəbbüsünə qoşulub

11 mart 2016 | 16:00

Ölkəmizdə ekologiyanın və ətraf mühitin qorunması, yaşıllıqların salınması ilə bağlı İDEA İctimai Birliyinin təşəbbüsü tərtərlilər tərəfindən də geniş dəstəklənir.
Bu münasibətlə martın 11-də Novruz bayramı ərəfəsində keçirilən növbəti ağacəkmə aksiyasında rayonun idarə, müəssisə və təşkilatları, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, bələdiyyələr, rayon sakinləri iştirak etmişdir. İlk növbədə, abadlaşdırılan ərazilərdə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış, mineral gübrələr səpilmişdir. Tərtər-Bərdə, Tərtər-Ağdam avtomobil yollarının kənarlarında, şəhərin Heydər Əliyev prospektində, Nizami, Elman Hüseynov, Ə.Paşayev, Mahir Əsədov  küçələrində əsasən rayonda yetişdirilən, yerli təbiətə uyğunlaşdırılmış müxtəlif növ ağac, gül və təkgöz kolları əkilmişdir. Ağacların suvarılması üçün yeni su xətləri çəkilmiş, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi təmin olunmuşdur.

Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov sakinlərlə birlikdə ağac əkmiş və bildirmişdir ki, ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması naminə həyata keçirilən belə aksiyaların gələcəkdə miqyası genişləndirilərək daha böyük ərazini əhatə edəcəkdir.

Qeyd edək ki, bu il Tərtər rayonunda İDEA İctimai Birliyinin təşəbbüsünə dəstək olaraq 30 mindən çox ağac, 100 mindən çox gül və təkgöz kollarının əkilməsi nəzərdə tutulub.

Keçidlər