Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinq keçirilmişdir
18 fevral 2016-cı il tarixdə Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq keçirilmişdir.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və onun səhra köməkçisi İrji Aberle keçirmişlər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və Peter Svedberq nəzarət etmişlər. Monitorinq inisdentsiz başa çatmışdır.
Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və onun səhra köməkçisi İrji Aberle Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər. Rayon rəhbəri nümayəndə heyətinə mütamadi olaraq təmas xəttinə yaxın yerləşən kəndlərimizin ermənilər tərfindən iriçaplı silahlardan atəşə tutulması barədə məlumat vermişdir.