Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Tərtərdə Dövlət Bayrağı meydanında yaradılan şəraitlə tanış olmuşdur.

11 oktyabr 2012 | 15:00

Prezident İlham Əliyevə məlumat verildi ki, şəhərin Bərdə istiqamətindəki girişində bir hektara yaxın ərazidə yaradılan Dövlət Bayrağı meydanı yüksək səviyyədə inşa edilmişdir. Burada quraşdırılan bayraq dirəyinin hündürlüyü 65 metr, bayrağın uzunluğu 14, eni isə 7 metrdir. Dövlət bayrağı rayonun bir çox yerindən aydın görünür.

Meydanda geniş abadlıq-quruculuq işləri həyata keçirilmiş, yaşıllıq zolaqları salınmış, müxtəlif dekorativ ağaclar və gül kolları əkilmişdir. Burada, həmçinin istirahət guşələri yaradılmış, iki fəvvarə quraşdırılmış, oturacaqlar qoyulmuşdur. “Ana və uşaq” istirahəti mərkəzinin inşa edildiyi meydanın istinad divarları mərmər və digər bəzək daşları ilə üzlənmişdir ki, bu da əraziyə xüsusi gözəllik verir. Müasir işıqlandırma sistemi axşam saatlarında bu ərazini daha da cəlbedici edir.

Azərbaycan Prezidenti Dövlət Bayrağı meydanında yaradılmış şəraitdən məmnunluğunu bildirdi.
 

Keçidlər