Məktəblilər Heydər Əliyev Mərkəzində ekskursiyada
Heydər Əliyev Mərkəzində ekskursiya layihəsi davam edir. 2015-ci ilin əvvəlindən 60-dan çox idarə, müəssisə və tədris müəssisəsindən, ümumilikdə, 1800 nəfər layihədə iştirak etmişdir. Onlardan 1500 nəfəri qrup, 300 nəfəri isə fərdi şəkildə iştirakçı olmuşlar.
Bu günlərdə şəhərin 1, 2, 5 və 6 saylı tam orta məktəblərinin yuxarı sinif şagirdləri də Heydər Əliyev Mərkəzində olmuşlar. Ekskursiyada 50 nəfər məktəbli iştirak etmişdir. Onlar əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar. Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova şagirdlərə Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumat vermişdir. Şagirdlər Ulu Öndərlə bağlı öz ürək sözlərini bildirmiş, sonra birlikdə Umummilli liderdən bəhs edən filmə baxmışlar.
Ekskursiyada məqsəd Heydər Əliyev irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrlə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi mədəni və elmi-texniki tərəqqi barədə biliklərin artırılması məqsədi daşıyır.
Ekskursiyalar Yeni ildə də davam etdiriləcəkdir.