Şriftin ölçüsü :

Saytın rəngi :

“Gələcək vətənpərvər və sağlam gənclərindir!” mövzusunda tədbir keçirilmişdir

18 noyabr 2015 | 16:00

Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcək vətənpərvər və sağlam gənclərindir!” adlı layihə çərçivəsində Tərtər  şəhərində-üç tam orta məktəbdə layihə həyata keçirmişdir.

Tədbirlərdə Gənclər Fondunun,  “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin və  aidiyyəti strukturların  nümayəndələri, çoxsaylı müəllimlər və şagirdlər iştirak etmişlər.

Çıxış edən nümayəndələr və müəllimlər “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat vermiş, dövlətimizin hər bir vətəndaşa olan qayğısından, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışmışlar.

Tədbirlər çərçivəsində “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndələri tərəfindən həmin məktəblərin yuxarı sinif şagirdlərinə, ümumilikdə 200-ə yaxın müxtəlif  formada maarifləndirici buklet və 50 ədəd üzəri yazılmış köynək paylanılmışdır.

Keçidlər