Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Yuxarı Sarıcalı kəndinə təbii qaz verildi

16 noyabr 2015 | 16:00

Cəbhə bölgəsinsə yerləşən Tərtər rayonunun yaşayış məntəqələrinin təbii qazla təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Rayonun Yuxarı Sarıcalı kəndinə təbii qazın verilməsi münasibətlə keçirilən mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak etmişlər.

Tədbiri Düyərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Ramiz Zeynalov açaraq kənddə 1300 nəfər əhali yaşadığını, 250  abonentin mənzilinə “mavi alov”un verildiyini, ümumilikdə ərazidə birpilləli sistem əsasında 20000 paqonometr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkildiyini, 250 ədəd sayğac və fərdi tənzimləyici quraşdırıldığını bildirdi.

Sonra kənd ağsaqqalı Qəmbər Babayev, kənd sakinləri Sərxan Budaqov, Minarə Atayeva çıxış edərək uzun illər kənddə mavi yanacaq olmadığından çox əziyyət çəkdiklərini və yanacağa olan təlabatın ödənilməsi üçün daha çox vəsait xərcləndiyini qeyd etdilər. Bu gün isə uzun illərdir həsrətlə gözlədikləri günün gəlib çıxdığı üçün dövlətimizin başçısı cənab İlham Əliyevə kənd sakinləri adından öz minnətdarlıqlarını bildirdilər.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov çıxış edərək təbii qazın verilməsi münasibəti ilə sakinləri təbrik etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızın bütün bölgələrində olduğu kimi Tərtər rayonunda da böyük işlər görüldüyünü qeyd etdi. Bildirdi ki,  görülən işlərin mərkəzində insan amili, onun maddi-rifah halının, sosial məişət şəraitinin yaxşılaşdırılması durur. Rayonda təbii qaz təminatının yaxşılaşdırılması məqsədilə Dövlət Proqramına uyğun olaraq kəndlərimizin  qazlaşdırılması sürətlə davam etdirilir. Hazırda Tərtər şəhəri ilə yanaşı 27 kəndimiz qazla təmin olunmuşdur. Sarov, Bəyimsarov, Qaradağlı, Bayandur, Cəmilli, Seydimli, Köçərli, İlxıçılar, Azad Qaraqoyunlu, Dəmirçilər, Ağkənd, Kəbirli kəndlərində çəkiliş işləri surətlə davam etdirilir, təmas xəttinə yaxın yerləşən Borsunlu kəndində isə son tamamlama işləri görülür, yaxın günlərdə açılışı olacaqdır.

Tədbirdə kəndin qaz çəkilişində fəal iştirak edən bir qrup qaz işçisi rayon icra hakimiyyəti tərəfində Fəxri Fərmanla təltif olundu.

Tədbirin sonunda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırıldı.

Keçidlər