Konstitutsiya-Əsas Qanunumuz, Ana Kitabımızdır
Tərtər Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birlikdə Heydər Əliyev Mərkəzində 12 noyabr Konstitutsiya Gününə həsr olunmuş tədbir keçirmişdir. Tədbirdə rayonun təhsil, səhiyyə, mədəniyyət və digər idarə, müəssisə, təşkilatlarda çalışan fəal qadınlar iştirak etmişlər.
Tədbiri rayon icra hakimiyyəti başçısının birinci müavini, YAP rayon təşkilatının sədri R.Şabanov açaraq məruzə etmək üçün sözü YAP rayon təşkilatının Qadınlar Şurasının sədri Xatirə Məmmədovaya verdi.
X.Məmmədova Müstəqil Azərbaycan Respublikasının ilk Milli Konstitutsiyasının-Əsas Qanunun-Ana Kitabımızın qabaqcıl dünya təcrübəsinə, çoxəsrlik dövlətçilik ənənələrinə əsaslandığını, özündə milli və ümumbəşəri dəyərləri əks etdirdiyini bildirdi. Qeyd etdi ki, umumilli liderimiz, partiyamızın banisi, Heydər Əliyevin yaradıcısı olduğu əsas qanun 1995-ci il noyabr ayının 12-də umumxalq səsverməsi-referendum yolu ilə qəbul olunmuş, 27 noyabr 1995-ci il tarixdə isə qüvvəyə minmişdir. Konistitusiya 5 bölmə, 158 maddə, 12 keçid müddəadan ibarətdir. O, insan hüquqları və azadlıqlarına, onların Konstitutsiya normalarında ifadəsini və təmin olunmasını təsbit edir.
Milli Konstitutsiyamızın qəbul olunmasını umummilli liderimiz onu belə dəyərləndirmişdir: “Yeni qəbul olunmuş Konstitutsiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edən konstitutsiyadır və əminəm ki, bu daimi olacaqdır. Xalqımız bu konstitutsiyanın müddəalarından istifadə edərək, Azərbaycanın müstəqilliyini əbədi edəcəkdir”.
Bu gün Azərbaycan Ulu Öndərin yaradıcı əməyinin məhsulu olan Konstitutsiya əsasında inkişaf edir, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir.
Sonra Konstitutsiya günü münasibəti ilə şəhər 5 saylı tam orta məktəbin müəllimi Nigar Əliyeva, şəhər 6 saylı tam orta məktəbin direktor müavini Zülfiyyə Abdullayeva, rayon uşaq poliklinikasının müdiri Zəhra Hüseynova, şəhər 2 saylı məktəb-liseyin müəllimi Səbinə Zeynallı və mədəniyyət və turizm şöbəsinin işçisi Ülviyyə Süleymanova çıxış etdilər.
Tədbiri rayon icra hakimiyyəti başçısının birinci müavini R.Şabanov yekunlaşdıraraq tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi.