Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi hissələrdə “Açıq qapı” günü keçirilmişdir

25 oktyabr 2015 | 15:00

Oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən rayonun ərazisində yerləşən hərbi hissələrdə “Açıq qapı” günü keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər  və rayon ictimaiyyətinin təmsilçiləri iştirak etmişlər.

Nümayəndələr əvvəlcə hərbi hissələrdə əsgərlərin yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanalarında, yeməkxanalarda olmuşlar.

“Açıq qapı” günündə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkə rəhbərinin regionlarda aparılan tikinti-quruculuq işlərinə, ordu quruculuğuna, şəhid ailələrinə, müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan danışmış, şəhid adlarının əbədiləşdirildiyini bildirmişdir. Qeyd etmişdir ki, vaxtıilə ayrı-ayrı vaxtlarda icra başçısı işləyənlər küçələrə şəhidlərin adlarının əvəzinə öz atalarının adlarını vermişlər. İndi həmin küçələrin adları dəyişdirilmiş, Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucovun, Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun, şəhid İlqar Həsənovun adları verilmişdir.  Vəzir Orucovun adını daşıyan küçənin girişində onun baralyefi qoyulmuşdur. Hazırda şəhidlərin adları verilmiş digər küçələrdə də abadlıq işləri aparılır, onların da baralyefləri hazırlanıb qoyulacaq. Vətən uğrunda canlarından keçmiş şəhidlərin döyüş fəaliyyəti gənclərimizə örnəkdir.

Sonra “Azərbaycan Bayrağı” ordenli şəhid Mehrac Mahmudovun bacısı Validə Mahmudova, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov, N saylı hərbi hissənin komandiri general mayor Hikmət Həsənov çıxış edərək öz ürək sözlərini bildirmişlər.

Rayon icra hakimiyyətinin başçısı əsgərlərin görüşə gələn valideynləri ilə səmimi söhbət aparmış, onların qayğıları ilə maraqlanmışdır.

“Açıq qapı” günü ilə əlaqədar keçirilən tədbirlərdə Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi general mayor Rasim Əliyev iştirak etmişdir.
 

Keçidlər