Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində nikah mərasimi

12 oktyabr 2015 | 15:00

Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasiminin keçirilməsi artıq bir ənənə halını almışdır.  Oktyabrın 12-də Tərtər şəhər sakini Allahverdiyev Samir Kamil oğlu ilə, İsmayılbəyli kənd sakini Səfərova Samirə Rəsul qızının nikah mərasimi keçirilmişdir.

Yeni ailə quran gənclər öz doğmaları ilə birlikdə əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək, mərkəzdəki büstünün önünə gül-çiçək dəstələri qoymuşlar.

Mərasim iştirakçıları ölkəmizdə gənc ailələrə göstərilən dövlət qayğısından söhbət açmış, yeni ailə quran cütlüyə xoş arzularını bildirmişlər.

Sonra mərkəzin geniş və yaraşıqlı foyesində nikah aktının imzalanması mərasimi olmuşdur. Çıxış edənlər bəylə gəlini həyatlarında baş verən bu əlamətdar və unudulmaz hadisə münasibətilə təbrik edib, onlara ailə səadəti arzulamışlar.

Yeni ailə quranlar və onların doğmaları bu günün onların həyatında əlamətdar hadisə olduğunu və nikah mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını vurğulamış və dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

Sonda yeni ailə quran gənclərə rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.
 

Keçidlər