Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı münasibəti ilə təşkil olunan tədbirlər Tərtər rayonunda davam etdirilir

25 sentyabr 2015 | 15:00

Müsəlman dünyasının müqəddəs bayramlarından olan Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da böyük təntənə ilə qeyd edilir. Rayon icra hakimiyyətinin, idarə və təşkilatların, eləcə də iş adamlarının, imkanlı şəxslərin köməyi ilə rayonun bütün yaşayış məntəqələrində qurbanlıq heyvanlar kəsilmiş, imkansız insanlara, tənha qocalara, əlillərə, şəhid ailələrinə, məcburi köçkünlərə, təmas xəttinə yaxın olan kəndlərin sakinlərinə  paylanılmışdır.

Bu tədbirlərə qoşulan “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə rayonun təmas xəttində yerləşən Şıxarx, Həsənqaya, Çaylı və Qapanlı kəndlərində yaşayan sakinlərə, rayon ərazisində yerləşən hərbi hissələrə, imkansız ailələrə qurban payı və ərzaq yardımı paylamışlar.

Doğmalarının məzarını ziyarət edərkən ermənilər tərəfindən əsir götürülmüş Şahbaz Quluyevin Qapanlı kəndində yaşayan anası Sənəm Quluyevaya, Qapanlı kəmdində toy mağarının atəşə tutulması nəticəsində yaralanmış Müşgünaz, Mədinə və balaca Zəhra Əliyevalara da bayram sovqatı verilmişdir.

Qurban bayramı mərasimində iştirak edən cəbhə bölgəsinin sakinləri onlara göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbəri möhtərəm prezidentimizə öz minnətdarlıqlarını bildirmişlər. 

Keçidlər