Vakant yerlərə qəbul edilmiş müəllimlərlə rayon icra hakimiyyəti başçısının görüşü keçirildi
Rayon Gənclər Mərkəzində təhsil nazirliyi tərəfindən müsabiqə yolu ilə rayonun müxtəlif məktəblərinə işə qəbul olunmuş müəllimlərlə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun görüşü keçirilmişdir. Görüşü giriş sözü ilə rayon təhsil şöbəsinin müdir əvəzi Surxay Mirzəyev açaraq işə yeni qəbul edilmiş müəllimləri təbrik etmiş, onlara gənc nəslin təlim-tərbiyəsi sahəsində işlərində uğurlar diləmişdir. S.Mirzəyev bildirmişdir ki, bu il rayonun ümumtəhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə vakant yerlərə 18 nəfər müəllim qəbul edilmişdir. Yeni işə qəbul edilmiş müəllimlərin 16-sı qadın, 2-si kişidir.
Rayon təhsil şöbəsinin müdir əvəzi S.Mirzəyev vakant yerləri qazanmış gənc müəllimləri təqdim etmişdir.
Rayon rəhbəri onların hər birini ayrı-ayrılıqda dinləyərək qayğıları ilə maraqlanmış, dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğını dilə gətirmişdir.
Gənc müəllimlər böyük həvəslə öz arzu və istəklərini, qayğılarını rayon rəhbəri ilə bölüşmüşlər.
Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı M.Məmmədov yeni işə qəbul edilmiş müəllimləri bu münasibətlə təbrik edərək, onlara uğurlar diləmiş , Ulu Öndərin “Təhsil millətin gələcəyidir” kəlamını bir daha xatırlatmışdır.