Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Kik-boksinq idman növü üzrə açıq zona birinciliyi keçirilmişdir

18 avqust 2015 | 15:00

Avqustun 15-17-də Heydər Əliyev adına parkda Tərtər Rayon İcra Hakimiyyəti və Gənclər və İdman idarəsi tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə  həsr olunmuş Kik-boksinq idman növü üzrə açıq zona birinciliyi keçirilmişdir.

Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov tədbiri açaraq iştirakçıları və qonaqları salamlamış, qəhrəmanın keçdiyi şərəfli döyüş yolundan bəhs etmiş, sonra yarış iştirakçılarına uğurlar arzulamışdır.

Yarışda Tərtər, Gəncə, Bakı, Abşeron, Goranboy, Naftalan, Şəmkir, Samux, Ağabədi, Bərdə, Yevlax, Ucar, Kürdəmir, Ağdam, ümumilikdə, 14 rayon və şəhərdən iyirmi komanda, 231 idimançı öz qüvvəsini sınamışdır. 

Yarışın nəticəsinə görə komanda hesabı ilə Tərtər rayonunun komandası I yerə, Gəncə şəhərinin komandası II yerə, Bakı şəhərinin komandası III yerə layiq görülmüşdür.

Yarışın sonunda qalib komandalar və idmançılar Tərtər rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla təltif edilmişlər.

Keçidlər