Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ilin I yarımilinin yekunları müzakirə olundu

29 iyul 2015 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafın yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı geniş nitqi ilə əlaqədar “rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə” rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı olmuşdur.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmiş,  sonra tədbir Gənclər Mərkəzinin iclas zalında davam etdirilmişdir.

İclası giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafın yekunlarına   həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, 6 ay ərzində ölkəmiz dinamik inkişaf etmiş,   iqtisadiyyat 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz artıb. Sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artıb. Ölkədə inflyasiya 3,5 faiz, əhalinin pul gəlirləri 6,2 faiz olub. Kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb   ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir. Rayon rəhbəri bildirmişdir ki, 2015-ci ilin birinci yarımilliyinin ictimai-sosial və iqtisadi həyatının ən əlamətdar hadisəsi sözsüz ki, Bakıda ilk Avropa Oyunlarının keçirilməsi olmuşdur. Bu möhtərəm və möhtəşəm tədbir dünya miqyasında Respublikamızın imicini daha da artırmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin artan qüdrətini, böyük məsuliyyət və təşkilatçılıq tələb edən ən mötəbər tədbirləri belə yüksək səviyyədə keçirməyə qadir olduğunu bir daha sübut etmişdir.
  
   Rayon rəhbəri bildirdi ki, hesabat dövründə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən inkişafdan rayonumuz da kənarda qalmamışdır. Qüvvələr səfərbər edildiyindən rayonun sosial–iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin yaradılması, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində xeyli uğurlu işlər görülmüşdür.

2015-ci ilin birinci yarısında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 69 milyon 61.2 min manat təşkil etmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatının ümumi məhsulu 8.4 faiz artaraq 38 milyon 449.4 min manata, sənaye məhsulunun həcmi 4.3 faiz artaraq 2 milyon 949.8 min manata, informasiya və rabitə xidmətlərinin həcmi 18.3 faiz artaraq 280 min manata, nəqliyyat sektorunda yükdaşımaların həcmi 5 faiz artaraq 250 min tona, sərnişin daşımalarının  həcmi 6 faiz artaraq 4 milyon 260 min nəfərə, pərakəndə ticarət dövriyyəsinin həcmi 3.9 faiz artaraq 63.4 milyon manata, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2.6 faiz artaraq 11.9 milyon manata çatmışdır. İlin birinci yarısında rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 3 milyon 567.7 min manat olmuşdur.

Dövr ərzində rayonda 546 yeni iş yeri açılmışdır ki, onun da 166 daimi iş yerləridir.
    
Hesabat dövründə rayon üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 38 milyon 449.4 min manat təşkil etmişdir. Onun 26.6 milyon manatı bitkiçilik məhsullarının həcmi, 11.8 milyon manatı heyvandarlıq məhsullarının həcmi olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul buraxılışının həcmi 8.4 faiz artmışdır.

Kənd təsərrüfatı istehsalçılarına subsidiya və yardım verilməsi, mülkiyətçilərin maddi maraqlarının yüksəldilməsi mühüm irəliləyişlərə  səbəb olmuşdur. İlin ötən dövrü ərzində 10 min 843 hektar taxıl sahələrində biçin aparılmışdır. 5610 hektar buğda sahəsindən hər hektardan orta məhsuldarlıq 37.1 sentner olmaqla 20 min 837 ton buğda, 5233 hektar arpa sahələrindən hər hektardan orta məhsuldarlıq 34.5 sentner olmaqla 180 min 30 ton arpa məhsulu istehsal edilmişdir. Hər hektardan orta məhsildarlıq 2014-cü ilə nisbətən büğda üzrə 2.7 sentner, arpa üzrə 1.1 sentner artmışdır.

Heyvandarlığın inkişafı sahəsində həyata keçirilən tədbirlər davam etdirildiyindən keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 410 baş, qoyun və keçilərin sayı 1017 baş artmış, 1827 ton diri çəkidə ət, 9511 ton süd, 6 milyon 690 min ədəd yumurta, 124 ton yun istehsal edilmişdir.

Əkin sahələrinin suvarılması və məhsuldarlığın yüksəldilməsini yaxşılaşdırmaq məqsədilə rayonda mövcud olan 461 ədəd subartezian quyusundan 118 ədəd subartezian quyusunun nasosları əsaslı təmir olunmuş, 12 ədəd subartezian quyularının yararsız nasosları yenisi ilə əvəz edilmişdir. Susuzluqdan əziyyət çəkən ərazilərdə 14 ədəd yeni subartezian quyusunun qazılması və 6 ədəd subartezian quyusunun yenidən bərpası nəzərdə tutulmuşdur. Hazırda rayonun Düyərli, Hüsənli, İsmayılbəyli və Azad Qaraqoyunlu kəndlərinin hər birində 1 ədəd olmaqla 4 ədəd subartezian quyusunda qazma işləri başa çatmış, Evoğlu kəndində 1 ədəd subartezian quyusu yenidən təmir olunmuşdur.

Hesabat dövründə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonumuzda tikinti-quruculuq və abadlıq işləri sürətlə davam etdirilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli, 6 mərtəbəli yaşayış binası tikilib istifadəyə verilmiş, ev növbəsində qeydiyyata alınan 10 nəfər şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evlərinin tikintisinə başlanılmışdır.

Hesabat dövründə rayon ərazisindəki avtomobil yollarının saxlanılması üçün işlər davam etdirilmiş, respublika əhəmiyyətli avtomobil yolları üzrə 367.1 min manatlıq, yerli əhəmiyyətli avtomobil yolları üzrə isə 44.9 min manatlıq işlər görülmüşdür. Tərtər çayı sahilində 2.5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılmışdır.  Heydər Əliyev prospektində yüksək gərginlikli hava xəttinin 1300 metr məsafədə SİP kabellə yeraltı çəkilişi işləri görülmüşdür. Tərtər şəhərinin M.Əsədov və T.İsmayılov küçələrində istinad divarlarının aqlay və bəzək daşları ilə üzlənməsi işləri davam etdirilmiş, M.Əsədov küçəsində 800 metr məsafədə yol kənarına bardyor düzülərək səkilər salınmışdır. F.Qulami küçəsində 1500 metr məsafədə gecə işıqlanması sistemi quraşdırılmış, ümumi uzunluğu 3.5 km olan istinad divarları aqlay və bəzək daşları ilə üzlənmişdir.  H.Əliyev prospektində, E.Səfərov, M.İbrahimov və F.Qulami küçələrində ümumi uzunluğu 3.0 km-dən çox olan yeni səki daşları düzülmüş, küçələr genişləndirilmişdir. Azərbaycanın Milli Qəhrəmanı V.Orucovun adına yeni verilmiş küçədə təmir-abadlıq işləri aparılmış, istinad divarları bəzək daşları ilə üzlənmiş, gecə işıqlanma sistemi quraşdırılmış, yola asfalt örtüyü çəkilmiş və küçənin girişində V.Orucovun barelyefi quraşdırılmışdır. Şəhərin H.Əliyev prospektində 1 ədəd 50 mənzilli 5 mərtəbəli, Ə.Paşayev küçəsində 2 ədəd 8 mənzilli, 1 ədəd 12 mənzilli 2 mərtəbəli yaşayış binalarının dam örtüyü əsaslı təmir olunaraq müasir mansard üslubunda yenidən qurulmuşdur. Hazırda Tərtər şəhərində 100 yerlik yeni uşaq bağçasında, müasir tələblərə cavab verən yeni şahmat məktəbində, Qapanlı kənd tibb məntəqəsində, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasında, Olimpiya İdman Kompleksində tikinti işləri aparılır. 

Tərtər şəhərinin və ona bitişik olan Səhləbad kəndinin içməli su və kanalizasiya sisteminin quraşdırılması işlərinə başlanılmışdır. Hazırda Tərtər şəhərinin N.Nərimanov, S.Məmmədov, M.Kərimov, M.Hüseynzadə küçələrində ümumi uzunluğu 3.5 km olan hissədə qazıntı və quraşdırma işləri aparılır.

Yaxın günlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərancamına əsasən rayonda daha bir 100 yerlik yeni uşaq bağçasının tikintisinə başlanılacaqdır. Rayon ərazisində müvəqqəti məskunlaşmış 1170 məcburi köçkün ailəsi üçün qəsəbənin tikilməsi, Sarıcalı-Zolgəran kəndləri ərazisində, Tərtər çayı üzərində yeni körpünün tikilməsi məqsədi ilə hazırlıq işləri aparılır.

  Dövr ərzində rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində 20 mindən çox müxtəlif növ ağaclar və gül kolları əkilmiş və 5000 kv.metr yaşıl qazon salınmışdır.

Hesabat dövründə əhalinin və iqtisadiyyatın enerji ilə fasiləsiz təminatı üçün aparılan işlər davam etdirilmişdir. Tərtər Elektrik Şəbəkəsi tərəfindən 5 yarımstansiyada yağ açarları və  64 transformator cari, 141.3 km uzunluqda hava xətləri əsaslı təmir olunmuş, 96.5 km uzunluqda hava xətlərinin qabariti bərpa edilmiş, 71 ədəd dayaq yenisi ilə əvəzlənmişdir. Tərtər şəhərində 10 ədəd yeni transformator quraşdırılmışdır. Çaylı kəndində məskunlaşmış məcburi köçkünlər üçün yeni 1.55 km 6 kv-luq hava xətti və kəndin içində 2.5 km 0.4 kv-luq hava xətti çəkilmişdir.

Rayonda təbii qaz təminatının yaxşılaşdırılması məqsədilə Dövlət Proqramına uyğun olaraq kəndlərin qazlaşdırılması davam etdirilmişdir. Rayonda 2 yaşayış məntəqəsi - İsmayılbəyli və Evoğlu kəndlərinə qaz xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir. Hacıqərvənd, Seydimli, Cəmilli, Bala Kənkərli, Kənkərli, Mamırlı və Poladlı kəndlərində qazlaşma işləri surətlə davam etdirilir və son tamamlama işləri aparılır. Yaxın günlərdə sakinlərin istifadəsinə veriləcəkdir. Seydimli-Borsunlu kəndlərı istiqamətində diametri 315 mm-lik yeraltı daşıyıcı polietilen qaz xətti çəkilişi başa çatdırılmışdır.  

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərlilər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətlə bildirmişdir ki, daim dövlətə və dövlətçiliyə sadiq olan tərtərlilər bundan sonra da müstəqil respublikamızın günü-gündən inkişafı və tərəqqisi naminə əllərindəndən gələni əsirgəməyəcəklər. 

Sonra məruzə ətrafında polis şöbəsinin rəisi Rauf Məcidov, Suvarma Sistemləri idarəsinin rəisi Zahid İbrahimov, Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Vüsal Əzizov, rayon prokroru Azər Hətəmov çıxış etmişlər.

Hesabat yığıncağında müvafiq qərar layihəsi təsdiq edilmişdir.

Tədbirin sonunda 3 nəfərə Respublika prezidentinin müvafiq Sərəncamı ilə təltiflər təqdim edilmişdir. “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif və Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Böyükkişi Cümşüdova “Tərəqqi”, rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Ramiz Mustafayevə isə “Dövlət qulluğunda fərqlənməyə görə” medal təqdim olunmuşdur.
 

 

Keçidlər