Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Tərtər Rayon Təşkilatının yaradılmasının 22-ci ildönümü qeyd edildi

25 iyul 2015 | 15:00

YAP Tərtər Rayon Təşkilatının yaradılmasının 22-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzi Meydanda ucaldılan abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər. Sonra tədbir Heydər Əliyev mərkəzinin iclas zalında davam etdirildi.

Tədbiri giriş sözü ilə açan YAP rayon təşkilatının sədri Ramiz Şabanov qeyd etdi ki, tarixi zərurətdən doğan və ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yaradılan Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən dövlətçilik, azərbaycançılıq, vətənçilik kimi ülvi prinsiplərə söykənərək artıq 22 ildir ki, iqtidar partiyası kimi fəaliyyətdədir. Ümummilli lider Heydər Əliyev ideyaları ilə silahlanmış Yeni Azərbaycan Partiyası həmişə və bu gün də möhtərəm Prezident, partiyamızın sədri cənab İlham Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasəti uğurla həyata keçirir, doğma Azərbaycanımızın dünya dövlətləri içərisində tutduğu layiqli mövqeyinin möhkəmləndirilməsi yolunda yorulmaz fəaliyyədədir.

1993-cü il iyul ayının 25-də yaradılan YAP Tərtər Rayon Təşkilatı daim partiyanın siyasi xəttinin dönmədən həyata keçirilməsi, rayonda davamlı olaraq aparılan abadlıq, quruculuq işlərində sıralarında birləşdirdiyi 5673 nəfər partiya üzvlərinin fəallığı əsasında fəaliyyət göstərməkdədir. Bu gün rayon təşkilatının üzvlərinin 2971 nəfərini qadınlar, 1449 nəfərini isə gənclər təşkil edir. Cari ilin ötən dövründə partiya sıralarına 151 nəfər fəal, Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən insanlar qəbul olunmuşdur ki, onların da 69 nəfəri və ya 46 faizi gənclər, 91 nəfəri isə qadınlardır.

Tədbirdə çıxı edən rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov, YAP rayon təşkilatı nəzarət–təftiş qrupunun sədri Adil Hüseynov, YAP rayon təşkilatı gənclər birliyinin sədri Emin Pənahov, şəhər 5 saylı tam orta məktəbin direktoru Arzu Həsənova, mərkəzi rayon xəstəxanası ərazi ilk partiya təşkilatının sədr müavini- həkim Pərvanə Xuduyeva, təhsil şöbəsinin müdir müavini Surxay Mirzəyev, Qapanlı kənd bələdiyyəsinin sədri Rizvan Əzimov qeyd etdilər ki, Azərbaycan xalqı Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarının həyata keçirilməsi sayəsində hərtərəfli inkişaf edən bir dövlətin bundan sonra da etibarlı əllərdə olduğunu, müstəqilliyimizin əbədiləşdirildiyini bilir, möhtərəm Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyərək, inamla irəli addımlayır.

Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olundu.
 

Keçidlər