Şriftin ölçüsü :

Saytın rəngi :

İnsan alveri ilə bağlı maarifləndirici tədbir keçirilib

21 iyul 2015 | 15:00

Gəncə şəhərində yerləşən “Təmas” Regional İnkişaf İctimai Birliyi rayonumuzdakı Heydər Əliyev Mərkəzində “İnsan alveri və potensial insan alveri qurbanlarına xidmət edən Regional Reabiltasiya-Reinteqrasiya Mərkəzinin dəstəklənməsi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirib.

Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimayyətin nümayəndələri iştirak etmişlər.

“Təmas” birliyinin sədri Südabə Məmmədova və direktor Kubra Ələkbərovanın “İnsan alveri nədir? Ondan necə qorunmaq olar?” və “Məişət zorakılığına qarşı mübarizə” mövzularında məruzələri dinlənilmişdir. Qeyd olunmuşdur ki, mərkəz valdeyin himayəsindən məhrum olan, təhsildən yayınan uşaqları və küçə uşaqlarını bura cəlb etməklə, onlara lazım olan yardımları göstərir. Bundan əlavə, mərkəzə müraciət edən və istiqamətləndirilən zorakılıq qurbanlarının ilkin ehtiyacları ödənilir, onlara birbaşa tibbi, psixoloji və pulsuz hüquqi yardımlar edilir. Ehtiyacı olanlar təhlükəziz sığınacaqlarla təmin edilirlər.

Tədbiri rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov yekunlaşdırıb.
 

Keçidlər