Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə qoşunların təmas xəttində monitorinq keçirilmişdir

22 iyul 2015 | 15:00

İyulun 22-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Tərtər rayonu ərazisində, qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatmışdır.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Saymon Tiller keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle nəzarət ediblər.

Keçidlər