Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər və Bərdə rayonları üzrə Tibbi-Sosial Ekspert Komissiyası müasir tələblərə uyğun iş şəraiti ilə təmin edilib

15 iyun 2015 | 15:00

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tərtər və Bərdə rayonları üzrə 21 saylı Tibbi-Sosial Ekspert Komissiyası yeni avdanlıqlarla təchiz edilmiş və müasir tələblərə uyğun iş şəraiti ilə təmin olunub. Yaradılan şəraitlə tanış olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə tibbi-sosial ekspertiza sisteminin müasir səviyyədə yenidən qurulması işlərinin aparıldığını diqqətə çatdırıb. Bildirib ki, ilk növbədə bu sistemin elektronlaşdırılması üçün vacib tədbirlər görülür. Artıq ƏƏSMN-nin mərkəzləşdirilmiş informasiya sistemi üzərində tibbi-sosial ekspertiza və reabitasiya alt sistemi fəaliyyət göstərir ki, əlillik müayinələrinin aparılması üçün müvafiq məlumatların, göndəriş formalarının bu sistem vasitəsilə elektron mübadiləsi təmin edilir. Eyni zamanda bütün əlillik müayinələrinin nəticələri sistemdəki elektron bazaya daxil edilir ki, aidiyyatı qurumların müvafiq məlumatları həmin bazadan elektron qaydada əldə etməsinə şərait yaranır. Bu proses əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimallaşmasına, şəffaflığın təminatına imkan verir.

Tədbir zamanı TSEK üçün yaradılan yeni iş şəraitinə, müayinə avadanlıqlarına, göstərilən tibbi-sosial ekspertiza xidmətinə, eləcə də müvafiq göndərişlərin elektron şəkildə qəbul olunması prosesinə baxış olub. Komissiyanın kollektivinə əhaliyə xidmətin yüksək səviyyədə, şəffaf şəkildə həyata keçirilməsi, vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılması, əlillik müayinəsi zamanı vətəndaşların reabitasiya imkanlarına diqqətin artırılması, onların reabitasiyasında bərpa-müalicə müəssisələri ilə qarşılıqlı və səmərəli fəaliyyətin qurulması və s. barədə  tapşırıqlar verilib.

Keçidlər