Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı 2015 I Avropa Oyunlarının çırağı ətrafında silsilə tədbirlər davam edir

05 iyun 2015 | 15:00

İyunun 5-də Tərtər Rayon İcra Hakimiyyəti Rayon Təhsil şöbəsi ilə birlikdə Heydər Əliyev Mərkəzində  saxlanılan İlk Avropa Oyunlarının çırağı ətrafında növbəti  tədbir keçirmişdir.

Tədbirdə İsmayılbəyli, Sarıcalı 1, Sarıcalı 2, Soyulan kənd tam orta məktəblərinin şagirdləri iştirak etmişlər. Tədbir İsmayılbəyli kənd  tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış musiqili kompozisiya ilə başlamış, sonra digər məktəblərin şagirdləri də onlara qoşulmuşlar. Məktəbilər İlk Avropa Oyunlarına həsr olunmuş mahnılar oxumuş və şerlər demişlər.

Tədbirdə çıxış edən Sarıcalı 1 kənd tam orta məktəbin direktoru Çimnaz Nuruyeva bu günlərin Azərbaycan Respublikasının tarixində ən əlamətdar bir dövr olduğunu, Dünya birliyində özünə layiqli yer tutan doğma vətənimizin “Bakı 2015” I Avropa oyunlarının mərkəzinə çevrildiyini, Avropa ölkələrinin 6 mindən çox idmançısının yarışmaq üçün ölkəmizə qonaq gələcəyini bildirmiş, qeyd etmişdir ki, Bakıda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yandırılan I Avropa oyunlarının məşəli respublikamızın bir sıra rayonlarında alovlandırılmış, o cümlədən də mayın 12-də tərtərlilər tərəfindən qarşılanan məşəl alovlandırılaraq rayonumuzun sakinləri arasında böyük ruh yüksəkliyi yaratmışdır.

Tədbirdə iştirak edən yeniyetmə idmançılar tərəfindən hazırlanmış müxtəlif idman nümunələri göstərilmiş, Soyulan kənd tam orta məktəbinin “Yallı” rəqs qrupu çırağın ətrafında rəqs etmişlər.

Sonda məktəblilər çıraq ətrafında xatirə şəkili çəkdirmişlər.

Keçidlər