Şriftin ölçüsü :

Saytın rəngi :

Evoğlu kəndinə “mavi yanacaq” verildi

01 iyun 2015 | 15:00

İyunun 1-də rayonun Evoğlu kəndinə təbii qazın verilməsi münasibətilə təntənəli mərasim keçirildi.  Mərasimi giriş sözü ilə Evoğlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Elçin Mahmudov açaraq kənddə 2160 nəfər əhalinin yaşadığını, 467 nəfər abonentin mənzilinə “mavi alov”un verildiyini, ərazidə birpilləli sistem əsasında 59000 paqonometr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkildiyini, 467 ədəd sayğac və fərdi tənzimləyici quraşdırıldığını bildirmişdir.

Sonra kənd ağsaqqalı Eldəniz Əliyev, kənd sakini Nübar Kərimova, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oktay Qarayev, “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəisi İbrahim Kərbəliyev, Evoğlu kənd tam orta məktəbinin şagirdi Nurlan Məhərrəmli çıxış edərək təbii qazın verilişi ilə əlaqədar sakinləri təbrik edib, təbii qazdan xeyir işlərdə istifadə etmələrini arzulamışlar. Sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov uzun illərdir yanacaq sarıdan əziyyət çəkən kəndə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik etdi, təbii yanacağın bütün mənzillərə sevinc, hərarət gətirməsini arzuladı.

Sonra rayon rəhbəri Müstəqim Məmmədov və kənd ağsaqqalı Eldəniz Əliyev “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırdılar.
 

Keçidlər