QHT Tərtərdə bələdiyyələrə hüquqi dərs keçdi
Mayın 29-da Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yerli orqanlara müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi xidmətlərin göstərilməsi” layihəsinin icrasıyla əlaqədar rayon bələdiyyələrinə hüquqi dərs keçmişdir.
Tərtər şəhər Gənclər Mərkəzində baş tutan tədbirdə rayonun 24 bələdiyyəsi, İƏD üzrə nümayəndəliklərin təmsilçiləri, habelə Tərtər Rayon İcra Hakimiyyətinin Ərazi idarərtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Füzuli Əliyev, Ədliyyə Nazirliyinin Bərdə Regional şöbəsinin baş məsləhətçisi Azər Allahverdiyev iştirak etmişlər.
Tədbirdə layihənin rəhbəri Vüqar Tofiqli çıxış edərək layihə barəsində QHT-nln gördüyü işləri qeyd edərək, bələdiyyələrin üzərinə düşən vəzifələrdən danışıb. Onun sözlərinə görə, prezidentin sərt tənqidindən sonra bələdiyyələr işlərinə daha diqqətlə yanaşmalı və fəaliyyətlərinin ictimailəşdirilməsinə, inzibati nəzarət qaydasında Ədliyyə Nazirliyinin Bələdiyyələr İş mərkəzi və Tərtər rayon icra hakimiyyətiylə bilavasitə sıx əməkdaşlıq şəraitndə fəaliyyət göstərməlidirlər.
Bələdiyyələrin əmlak vergisinin yığımıyla bağlı problemlərin olduğunun deyən QHT sədri onun həllinin yalnız əhalinin maarifləndirilməsindən keçdiyini qeyd edib.
Bu gün Tərtər bələdiyyələrinin illik gəlirləri 2004- cü illə müqayisədə bir dəfə artdığını deyən V. Tofiqlinin sözlərinə görə, ötən 2014-cü ili bələdiyyələr üşün uğurlu il saymaq olar. Onun sözlərinə görə, ötən il ərzində prezidentin imzasıyla bələdiyyələrin fəaliyyətlərinə dəstək verən ona yaxın yeni sənəd qüvvəyə minib. Nəticədə bələdiyyələrin fəaliyyətində şəffaflıq prinsiplərinin qorunması, əhali ilə baş verə biləcək narazılıqların aradan qaldırılması təmin edilib. Habelə maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb.
Tədbirin sonunda bələdiyyələri narahat edən suallara cavab verilmiş və ciddi fikir mübadiləsi aparılmışdır.