Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Günü hərbi hissələrdə qeyd olundu

28 may 2015 | 15:00

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun  ərazisində yerləşən hərbi hissələrdə 28 may Respublika Günü münasibəti ilə bayram tədbirləri təşkil olunmuşdur.  Tədbirlərdə iştirak edən rayon icra hakimiyyətinin nümayəndələri əvvəlcə hərbi hissənin şəxsi heyyətini rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun adından salamlamış və düşmənlə ön cəbhədə üz-üzə dayanan zabit və əsgər heyətini Respublika Günü münasibətilə təbrik edərək çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamış, onlarla qürur duyduqlarını bildirmişlər. Hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb və işğal altında olan bütün torpaqlarımızın dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində düşməndən azad ediləcəyinə, ərazi bütövlüyümüzün bərpa olunacağına əminliklərini bildirmişlər.

Tədbirlərdə rayon mədəniyyət evinin “Tərtər” Xalq Çalğı Alətləri ansamblı rəngarəng konsert proqramları ilə çıxış etmişlər. Bayram şənliklərinə qoşulan əsgərlər özfəaliyyət kollektivinin üzvləri ilə birlikdə mahnılar oxumuş, rəqslər etmiş, öz istedadlarını nümayiş etdirmişlər.
 

Keçidlər