Məktəblilər Bakı 2015 I Avropa Oyunlarının çırağı ətrafında
Mayın 27-də Tərtər Rayon İcra Hakimiyyəti Rayon Təhsil şöbəsi ilə birlikdə Heydər Əliyev Mərkəzində saxlanılan İlk Avropa Oyunlarının çırağı ətrafında növbəti tədbir keçirmişdir.
Tədbirdə şəhər 6 saylı, Umudlu kənd tam orta və Qazyan kənd ümumi orta məktəblərinin şagirdləri iştirak etmişlər.
Əvvəlcə şəhər 6 saylı tam orta məktəbinin təlim-tərbiyyə işləri üzrə direktor müavini Zülfiyyə Abdullayeva I Avropa oyunlarının ölkəmizdə keçirilməsi haqqında məlumat vermişdir.
O, demişdir:
- I Avropa oyunlarının belə bir tarixi hadisənin şahidi olduğumuz üçün özümüzü xoşbəxt sanırıq. Bu xöşbəxtlik bizə Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin töhfəsidir.
Tədbir Umudlu kənd tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış “Gülçin” rəqsi ilə başlamış, sonra digər məktəblərin şagirdləri də onlara qoşulmuşlar. Məktəblilər İlk Avropa Oyunlarına, Ulu Öndərə, Vətənə, İdmana həsr olunmuş mahnılar oxumuş və şerlər demişlər.
Tədbirdə iştirak edən 6 saylı tam orta məktəbin yeniyetmə idmançıları tərəfindən hazırlanmış müxtəlif idman nümunələri göstərilmişdir.
Sonda Umudlu kənd tam orta məktəbinin şagirdləri Lalə və Fuad Əliyevlərin ifasında dinlənilən “Arazvari” hamının ruhunu oxşadı.
Qazyan kənd ümumi orta məktəbinin şagirdlərinin söylədikləri şeirlər alqışlarla qarşılanmışdır.
Umudlu kənd tam orta məktəbinin direktor müavini Xuraman Axundova öz ürək sözlərini belə bildirmişdir:
- Əzizi uşaqlar! I Avropa oyunlarına Azərbaycanın ev sahibliyi etməsi çox böyük tarixi hadisədir. Ölkəmiz Olimpiya hərəkatına yeni töhfələr bəxş edəcək.
Vaxt gələcək I Avropa oyunlarının çırağı ətrafında keşirdiyimiz bu günkü tədbir barədə, rayonumuza məşəlin gətirilməsi barədə yaşca özünüzdən balacalarla xatirələrimizi bölüşəcəksiniz. Bu günün şahidi olduğumuz üçün Sizinlə birgə hamımız qürur hissi keçiririk.
Sonda məktəblilər çıraq ətrafında xatirə şəkili çəkdirmişlər.