Gənclərə təlim keçirilmişdir
Mayın 23-də rayonda yerləşən Regional Peşə Təlim Mərkəzində Tərtər rayon İcra Hakimiyyəti ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun 6-cı qrant müsabiqəsi çərçivəsində C kateqoriyasında qalib olmuş “Yeni media vasitəsi ilə gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi” layihəsi çərçivəsində təlim keçirilmişdir. Təlimin əsas məqsədi cəbhə xəttinə yaxın yerləşən rayonda yaşayan gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsinə dəstək olmaqdır. Tədbirdə iştirak edən gənclərə yeni mediadan, xüsusi ilə sosial şəbəkələrdən faydalı istifadə olunmasına dair biliklər öyrədilmiş, ölkənin milli maaraqlarının qorunması üçün vətənpərvərlik ruhu aşılanmış və bir sıra marifləndirici işlər aparılmışdır. Təlimdə 50 nəfər gənc iştirak etmişdir.
Layihənin rəhbəri İsmayıl Fətəliyevdir.
Layihə çərçivəsində gənclərə Azərbaycan Jurnalistika Şəbəkəsinin yeni media üzrə təlimçiləri Zəka Quliyev və Elgiz Nəbili təlim keçmişlər.
Gənclərə aşağıdakı mövzular təklif olunmuşdur:
- Yeni media və sosial media anlayışları;
- Multimedia;
- Foto və video çəkilişləri;
- Fotoredaktə və online video montaj;
- Bloqların yaradılması və postların idarə olunması;
- Onlayn media üçün yazmaq qaydaları.