Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı 2015 I Avropa Oyunlarının çırağı ətrafında məktəblilər tərəfindən daha bir tədbir

18 may 2015 | 15:00

Mayın 18-də Tərtər Rayon İcra Hakimiyyəti Gənclər və İdman İdarsi və Rayon Təhsil şöbəsi ilə birlikdə Heydər Əliyev Mərkəzində  saxlanılan İlk Avropa Oyunlarının çırağı ətrafında  tədbir keçirmişdir.

Tədbir Şəhər 1 saylı tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış müxtəlif musiqili kompozisiyalarla başladı.  Sonra şagirdlər tərəfindən İlk Avropa Oyunlarına həsr olunmuş mahnı və şerlər səsləndirildi.

Tədbirdə Tərtər şəhər 1 saylı tam orta məktəbin müəllimi Turanə Bayramlı çıxış edərək İlk Avropa Oyunlarınının Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini, onun bütün dünya üçün nümunəvi və əhəmiyyətli təcrübə olduğunu və Azərbaycan idmanının, iqtisadiyyatının və turizmin inkişafına, ölkəmizin tanınmasına xidmət edəcəyini vurğuladı.

Sonra İlk Avropa Oyunlarının məşəlini Tərtər rayonunda daşıyan məşəldarlar Karina Nəsirova, Sevinc Əliyeva,  Səlim Zeynalov və Faiq Məmmədov öz sevinclərini və keçirdikləri qürur hisslərini məktəblilərlə bölüşmüş, Azərbaycan idmançılarına bu yarışda uğurlar arzulamışlar.

Sonda çıraq ətrafında şagirdlər məşəldarlarla birlikdə xatirə şəkili çəkdirmişlər.

Keçidlər