Bakı 2015 I Avropa Oyunlarının çırağı ətrafında tədbir keçirildi
Mayın 15-də rayon icra hakimiyyəti və Gənclər və İdman İdarəsi tərəfindən Heydər Əliyev Mərkəzində Bakı 2015 I Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən Tərtər rayonuna hədiyyə edilmiş çıraq ətrafında 10 məşəldar və müxtəlif idman növləri ilə məşğul olan idimançılarla birlikdə görüş keçirilmişdir.
Tədbiri rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İsmayılov açaraq öncə tədbir iştirakçılarını salamlamış, Bakı 2015 I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyətindən bəhs etmişdir. İ.İsmayılov çıraq ətrafında belə tədbirlərin silsilə olaraq keçiriləcəyini bildirmişdir.
Tədbir diskusiya şəkilində davam etdi.
Sonra məşəldar, boks idman növü üzrə məşqçi müəllim eyni zamanda Azərbaycan çempionu Faiq Ələkbərov I Avropa Oyunlarının məşəldarı olduğundan qürur hissi keçirdiyini, gələcəkdə olimpiya məşəlinin bizim idmançılar tərəfindən yandırılmasını və idimançılarımızın beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil eləmələrini arzuladı.
Sonda çıraq ətrafında məşəldarlar və idmançılarla birlikdə xatirə şəkili çəkildi.
re