Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul-görüş Köçərli kəndində keçirilmişdir

15 may 2015 | 15:00

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər görülür.

Belə görüşlərdən biri də mayın 15-də rayonun Köçərli kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak etmişlər.

   Əvvəlcə Köçərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mətləb Yunisov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat verdi, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında ətraflı danışdı. Bildirdi ki, 424 təsərrüfat, 1281 hektar ərazisi olan İƏD üzrə nümayəndəlikdə 1572 nəfər əhali yaşayır.

Səyyar qəbulda iştirak edən sakinlərdən Nizami Hüseynov, Nuridə Zeynalova, İsa Yaqubov, Mənzər Hacıyeva, Sərfinaz Ələsgərova, Abbas Əliyev, Qamboy Musayev və digərləri çıxış edərək Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə əhalisinə göstərmiş olduğu xüsusi diqqət və qayğılardan, eləcə də son aylarda rayonumuzda geniş vüsət alan abadlıq-quruculuq işlərindən danışmışlar.

Sakinlər ərazidə qaz xəttinin çəkilişi, içməli və suvarma su təminatının yaxşılaşdırılması, məktəb üçün əlavə üç sinif otağın və idman zalının tikilməsi, işlə təmin olunmaq, köhnəlmiş elektirik dirəklərinin və naqillərin dəyişdirilməsi və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.  

Kənd ağsaqqalı Camal Hacıyev isə I Avropa Oyunlarının Məşəlinin Tərtərdə alovlandırılmasından qürur duyduğunu bildirdi. O, qeyd etdi ki, düşmənin bir addımlığında Qəhrəman Tərtərdə alovlanan I Avropa Oyunlarının məşəli düşmənimizin gözünə batan bir oxdur. Bununüçün mən tərtərlilər adından respublika prezidenti cənab İlham Əliyevə xüsusi minnətdarlıq edirəm.

Səyyar qəbul-görüşü yekunlaşdıran Tərtər rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bugünkü səyyar qəbulun keçirilməsində məqsədin nümayəndəlik ərazisində yaşayan əhalinin problemlərinin yerindəcə öyrənmək, onların qaldırdıqları problemlərin operativ həlli ilə əlaqədar müvafiq tapşırıqların verilməsi və onların həllinin təmin olunması olduğunu qeyd etdi.

Sonra rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışaraq bildirilmişdir ki, rayonda həyata keçirilən tikinti-abadlıq və quruculuq sahəsində işlər bundan sonra da davam etdiriləcəkdir.

Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapmış, digər məsələlərin  həlli istiqamətində isə  aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər