Rayonumuzda Ulu Öndərin əziz xatirəsi yad edildi
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mərasim keçirilmişdir.
Minlərlə tərtərli rayonun mərkəzi meydana gələrək Ulu Öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, ulu öndərə öz hörmət və ehtıramını, ümümxalq məhəbbətini nümayiş etdirmişlər. Meydana toplaşan insan izdihamının önündə gedən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil qoydu. İcra başçısının ardınca anım mərasimində ulu öndər Heydər Əliyevin abidəsini rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, ziyalılar, minlərlə sadə tərtərli Azərbaycan xalqının ümummillli lideri Heydər Əliyevi hörmətlə anaraq abidəsi önünə tər gül-çiçək dəstələri düzdülər. Abidənin ətrafı idarə və müəssisələr tərəfindən güllərdən düzəldilmiş kompozisiya və əl işləri ilə bəzədildi.
Tədbir Heydər Əliyevin adını daşıyan parkda Gül bayramı ilə davam etdiriləcəkdir.