Tərtərdə “Kinq-boksinq” idman növü üzrə açıq zona birinciliyi keçirilmişdir
Mayın 7-də Heydər Əliyev adına parkda ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyəti Gənclər və İdman idarəsi ilə birlikdə Kinq-boksinq idman növü üzrə açıq zona birinciliyi keçirmişdir.
Yarış iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İsmayılov tədbiri açaraq iştirakçıları və qonaqları salamlamış, Ulu Öndər Heydər Əliyevin gənclərə olan diqqət və qayğısından söhbət açmışdır. Rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov komandalara yarışda uğurlar arzulamış və qalib komandaların mükafatlandırılacağını bildirmişdir.
Yarışa Tərtər, Gəncə, Bərdə, Goranboy, Ağdam, Samux, Kürdəmir rayonlarından ümumilikdə 8 komanda, 120 idmançı qatılmışdır. Komanda hesabında birinci yeri Tərtər, ikinci yeri Samux, üçüncü yeri Gəncənin və Bərdə rayonun komandası qazanmışdır.
Yarışın sonunda qalib komandalar və idmançılar Tərtər rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medallarla təltif edilmişlər.