Heydər Əliyev-92: İnşa yazı müsabiqəsinə yekun vurulmuşdur
Azərbaycan xalqının Umummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü ilə bağlı rayon icra hakimiyyəti başçısının tədbirlər planına uyğun olaraq YAP rayon təşkilatı, Gənclər və İdman idarəsi rayon Təhsil Şöbəsi ilə birlikdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə umumtəhsil məktəblərinin XI sinif şagirdləri arasında “Heydər Əliyev mənim üçün kimdir?” mövzusunda inşa yazı müsabiqəsi keçirmişdir.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman idarəsinin rəisi İsmayıl İsmayılov Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan söz açmışdır. Sonra rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Rasim Bayramov yarış iştirakçılarını müsabiqənin qaydaları ilə tanış etmiş, onlara uğurlar arzulamışdır. Müsabiqə iki akademik saat davam etmişdir. Yarışda 18 məktəbin şagirdləri iştirak etmişlər. Nəticədə şəhər 2 saylı tam orta məktəbin şagirdi Qasımzadə Zöhrə Nizami qızı birinci, İsmayılbəyli kənd tam orta məktəbin şagirdi Vəlizadə Tahirə Rafiq qızı ikinci, şəhər 1 saylı tam orta məktəbin şagirdi Hüseynova Zəhra İmaməddin qızı üçüncü yerə layiq görülmüşlər. Müsabiqənin qalibləri 10 may 2015-ci il tarixdə mükafatlandırılacaqlar.