Şriftin ölçüsü :

Saytın rəngi :

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə məktəb çempionatı keçirilmişdir

24 aprel 2015 | 15:00

Tərtər rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, rayon təhsil şöbəsi, Gənclər və İdman idarəsi   birlikdə Azərbaycan xalqının Umummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə  aprelin 22-də şəhər 2 saylı məktəb liseydə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə məktəb çempionatı keçirmişdir.

   İntellektual oyunda 10 məktəbdən 80 şagird iştirak etmişdir. Oyun hər tur 12 sualdan ibarət olmaqla 3 turda keçirilmişdir. Komandalar arasında şəhər 2 saylı məktəb- lisey I yeri, Seydimli kənd tam orta məktəbi II yeri, Şəhər 1 saylı tam orta məktəbi III yeri qazanmışdır.

Şəhər 2 saylı məktəb-liseyin komandası mayın 17-də Mingəçevir şəhərində keçiriləcək “Nə?Harada?Nə zaman?” intellektual oyunda iştirak etmək üçün vəsiqə qazanmışdır.

I,II,III yerləri tutan komandalara rayon təhsil şöbəsi tərəfindən Fəxri Fərman verilmişdir.

Keçidlər