Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev 92: YAP Rayon Qadınlar Şurasının üzvləri Umummilli lideri yad etdilər

23 aprel 2015 | 15:00

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə YAP Tərtər Rayon Təşkilatının qərargahında rayon Qadınlar Şurasının geniş tərkibli Şura iclası keçirilmişdir. İclasda rayon icra hakimiyyətinin, idarə, müəssisə, təhsil və səhiyyə sahəsində çalışan fəal YAP üzvü olan qadınlar iştirak etmişlər.

İclası giriş sözü ilə açan YAP rayon təşkilatının sədri Ramiz Şabanov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycan xalqı və dövlətçiliyi naminə göstərdiyi misilsiz xidmətlərdən danışmış, tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Sonra YAP Tərtər Rayon Təşkilatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova Ulu Öndərin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar geniş məruzə ilə çıxış etmişdir. O, qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev yalnız Azərbaycanın deyil, dünya tarixinə daxil olmuş şəxsiyyətdir. O, qəlbini canından çox sevdiyi xalqının səadəti uğrunda məşəl kimi yandıraraq insanların yoluna nur çilədi. Bu yolda alovlu mübarizədən, çətin sınaqlardan alnıaçıq, üzüağ çıxdı. Çünki mənən güclü idi. Onun siyasi fəaliyyəti, Vətəninə, xalqına təmannasız, müqəddəs münasibəti güclü bir məktəb, tükənməz xəzinədir. Gələcək nəsillər bu məktəbdən hələ çox şey öyrənəcək, bu xəzinədən bəhrələnəcəklər. Heydər Əliyev müasir demokratik Azərbaycanı yaratdı, onu dünyanın nüfuzlu ölkəsinə çevirdi. Onun adı Azərbaycan tarixinə görkəmli ictimai-siyasi xadim, müstəqil dövlətimizin memarı, uzaqgörən siyasətçi, vətənpərvər və qayğıkeş bir rəhbər kimi yazıldı.

Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəlləyir və yaşayır. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Azərbaycanda bu gün  ümummilli liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra məruzə ətrafında Sarov kənd kitabxanasının müdiri Əfruz Babayeva, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, Şəhər 1 saylı tam orta məktəbin müəllimi Ziyafət Rüstəmova, Heydər Əliyev mərkəzinin bələdçisi Samirə Səfərova çıxış etmişlər.

Tədbiri YAP rayon təşkilatının sədri Ramiz Şabanov yekunlaşdırmışdır.

Keçidlər