Ulu Öndərin 92-ci ildönümü qarşısında: Heydər Əliyev və Azərbaycan gəncliyi
Azərbaycan xalqının Umummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünün keçirilməsi ilə bağlı rayon icra hakimiyyəti başçısının tədbirlər planına uyğun olaraq rayonun Heydər Əliyev Mərkəzində YAP rayon təşkilatı Gənclər Birliyinin və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda “dəyirimi masa” keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular.
Rayon Gənclər və İdman idarəsinin rəisi İsmayıl İsmayılov “Heydər Əliyev və Azərbaycan gəncliyi”, YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Emin Pənahov “Ulu Öndərin həyat və fəaliyyəti gənc nəsillərə örnəkdir” mövzusunda məruzə ilə çıxış etdilər.
Sonra rayon Uşaq Musiqi məktəbinin müəllimi İlahə Quliyeva, Heydər Əliyev Mərkəzinin bələdçisi Samirə Səfərova, Gənclər və İdman idarəsinin rəis müavini Səadət Hüseynova, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, YAP rayon təşkilatı Gənclər Birliyinin Şura üzvü Anar Rüstəmov, YAP rayon təşkilatının təlimatçısı, Gənclər Birliyinin Şura üzvü Samirə Zeynalova məruzə ətrafında çıxışlar edərək öz ürək sözlərini bildirmişlər.
Tədbiri YAP rayon təçkilatı aparatının rəhbəri Kamil Məmmədov yekunlaşdırdı.
Sonda “dəyirmi masa” iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən video çarxa da baxdılar.