Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər-92: Voleybol yarışı keçirilmişdir

21 aprel 2015 | 15:00

Azərbaycan xalqının Umummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünün keçirilməsi ilə bağlı rayon icra hakimiyyəti başçısının tədbirlər planına uyğun olaraq  idarə, müəssisə və təşkilatlarda silsilə tədbirlərin keçirilməsi davam etdirilir. Belə tədbirlərdən biri də 16-20 aprel tarixlərində rayon icra hakimiyyəti, YAP Tərtər rayon Təşkilatı və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin 1998-99-cu il təvəllüdlü şagirdləri arasında keçirilən voleybol idman növü üzrə rayon birinciliyidir.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin büstü önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.

Tədbiri Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İsmayılov açıq elan etmiş, Ulu Öndər Heydər Əliyevin gənclərə olan diqqətindən söz açmışdır. Sonra rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov yarış iştirakçılarını salamlamlayaraq, onlara yarışda uğurlar arzulamış və bu cür yarışların silsilə olaraq keçiriləcəyini vurğulamışdır.

Yarışda 16 məktəbin komandası öz bacarıqlarını sınayıb. Gərgin mübarizə ilə keçən yarışda I yeri Hüsənli kənd tam orta məktəbinin komandası, II yeri Kəngərli kənd tam orta məktəbinin komandası, III yeri isə şəhər 1 saylı tam orta məktəbin komandası qazanmışdır.

Sonda qaliblər rayon Gənclər və İdman İdarəsinin Diplomları ilə mükafatlandırılmışdır.

Keçidlər