Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə dini radikalizmlə mübarizə mövzusunda tədbir keçirilmşdir

02 aprel 2015 | 15:00

Tərtərdə Daxili İşlər Nazirliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə dini radikalizmlə mübarizə mövzusunda tədbir keçirmşdir.

Tədbirdə Tərtər, Goranboy, Naftalan və Şuşa rayon polis şöbələrinin rəhbərliyi və şəxsi heyəti iştirak etmişdir.

Tədbiri DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru, Polis Akademiyasının dosenti Hikmət Eyvazov giriş sözü ilə açmış, sonra “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda məruzə etmişdir. Məruzəçi Azərbaycanda tarixən mövcud olmuş və bu gün də davam edən, dünyaya nümunə ola biləcək tolerantlıq mühitindən söz açaraq, bu amildən sui-istifadə etməyə cəhd göstərən bəzi qeyri-ənənəvi dini cərəyan mənsublarının zərərli fəaliyyətinə diqqəti cəlb edərək, DİN-in DQİDK və digər qurumlarla birgə həyata keçirdiyi profilaktik tədbirlər barədə geniş məlumat vermişdir.

Sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı radikal qeyri-ənənəvi dini cərəyanların ölkəmizdə yayılmasının əsas səbəbləri, onların təbliğat forma və metodları, hədəf aldıqları kontingent, həmçinin, istifadə etdikləri psixolji təsir vasitələri barədə danışıb və onlara qarşı əsasən üç istiqamətdə - hüquqi-inzibati yol, iqtisadi-maliyyə mənbələrinin məhdudlaşdırılması və dini maarifləndirmə - mübarizə tədbirlərinin aparıldığını qeyd etmişdir. Komitə rəsmisi hüquq-mühafizə orqanlarının bu sahədə həyata keçirdiyi tədbirləri və əməkdaşlığı yüksək qiymətləndirmişdir.

Tədbiri Tərtər Rayon Polis şöbəsinin rəisi Rauf Məcidov yekunlaşdıraraq bildirdi ki, rayonda dini radikalizmə qarşı mübarizə daim diqqət mərkəzində saxlanılır.

 

Keçidlər