Şriftin ölçüsü :

Saytın rəngi :

Müdafiə naziri Novruz bayramı ilə əlaqədar rayonun cəbhəboyu hərbi hissələrində olub

23 mart 2015 | 16:00

Novruz bayramı ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti rayonun cəbhəboyu hərbi hissələrində olub.

Hərbi hissələrə baş çəkən Müdafiə naziri xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstəsi qoyaraq öz ehtiramını ifadə edib. Müdafiə nazirliyinin rəhbərliyi ön xətdə, düşmənlə bilavasitə üz-üzə səngərlərdəki bölmələrdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüb, onların sosial-məişət şəraiti, mənəvi-psixoloji vəziyyəti ilə döyüş texnikalarının hazırlıq səviyyəsi, imkanları və tətbiqi ilə maraqlanıb. Hərbi qulluqçulara hədiyyələr və bayram sovqatları verilib. Hərbi hissələrdə keçirilən Novruz şənliyinə qatılan Müdafiə naziri bayram tonqalını alovlandırıb, şəxsi heyətin iştirakı ilə aparılan müxtəlif idman və əyləncə yarışlarını izləyib və hərbi qulluqçularla birlikdə nahar edib. Bayram münasibəti ilə şəxsi heyəti təbrik edən Müdafiə naziri Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.

Rayon ərazisində yerləşən hərbi hissələrdə keçirilən Novruz şənliyində Müdafiə nazirliyinin rəhbər heyəti ilə birlikdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da əsgər və zabitləri bayram münasibəti ilə təbrik etmiş, onlara vətənin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə etmişdir.

Keçidlər