Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə bayram tədbiri növbəti hərbi hissədə qeyd olundu

23 mart 2015 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun  ərazisində yerləşən hərbi hissələrdə Novruz bayramı münasibəti ilə təşkil olunan silsilə bayram tədbirləri çərçivəsində daha bir hərbi hissədə bayram tədbiri keçirilmişdir.

Tədbirdə  çıxış edənlər hərbi hissənin şəxsi heyətinə bayram təbriklərini çatdırıblar. Bildirilib ki, Azərbaycanda ordu quruculuğu işi 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra başlayıb. Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin sərkərdəlik bacarığı sayəsində formalaşıb, döyüşkən bir orduya çevrilib. Hazırda Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü, nizam-intizamlı və müasir silahlarla təchiz olunmuş, hərbi-texniki strukturlara, bacarıqlı hərbiçi kadr potensialına malik ordusudur.

Tədbirlərdə rayon mədəniyyət evinin “Tərtər” xalq kollektivi rəngarəng konsert proqramları ilə çıxış etmişlər. Bayram şənliklərinə qoşulan əsgərlər öz fəaliyyət kollektivinin üzvləri ilə birlikdə mahnılar oxumuş, rəqs etmiş, öz bacarıqlarını nümayiş etdirmişlər.
 

 

Keçidlər