Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi hissədə bayram tədbiri

21 mart 2015 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun  ərazisində yerləşən hərbi hissələrdə Novruz bayramı münasibəti ilə təşkil olunan silsilə bayram tədbirləri çərçivəsində daha bir hərbi hissədə bayram tədbiri keçirilmişdir.

Tədbirdə  çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov hərbi hissənin şəxsi heyyətini əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun adından salamlamış və düşmənlə ön cəbhədə üz-üzə dayanan zabit və əsgər heyətini Novruz bayramı  münasibətilə təbrik edərək çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamış, onlarla qürur duyduğunu bildirmişdir.

Sonra hərbi hissənin komandiri çıxış edərək qonaqlara təşəkkür etmiş, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əskər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirmişdir.

Tədbirlərdə rayon mədəniyyət evinin “Tərtər” xalq kollektivi rəngarəng konsert proqramları ilə çıxış etmişlər. Bayram şənliklərinə qoşulan əsgərlər öz fəaliyyət kollektivinin üzvləri ilə birlikdə mahnılar oxumuş, rəqs etmiş, öz bacarıqlarını nümayiş etdirmişlər.

Sonda rayon icra hakimiyyəti tərəfində aparılan bayram sovqatı N saylı hərbi hissənin əsgərlərinə paylanmışdır.

xt here

Keçidlər