Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi hissələrdə təşkil olunan silsilə bayram tədbirləri davam etdirilir

20 mart 2015 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun  ərazisində yerləşən hərbi hissələrdə Novruz bayramı münasibəti ilə təşkil olunan silsilə bayram tədbirləri davam etdirilir .

Martın 20-də N saylı hərbi hissədə təşkil olunan tədbirdə  çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov hərbi hissənin şəxsi heyyətini əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun adından salamlamış və düşmənlə ön cəbhədə üz-üzə dayanan zabit və əsgər heyətini Novruz bayramı  münasibətilə təbrik edərək çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamış, onlarla qürur duyduğunu bildirmişdir. Hərbi hissənin şəxsi heyətini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb və işğal altında olan bütün torpaqlarımızın dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində düşməndən azad ediləcəyinə, ərazi bütövlüyümüzün bərpa olunacağına əminliyini bildirmişdir.

Tədbirlərdə rayon mədəniyyət evinin “Tərtər” xalq kollektivi rəngarəng konsert proqramları ilə çıxış etmişlər. Bayram şənliklərinə qoşulan əsgərlər öz fəaliyyət kollektivinin üzvləri ilə birlikdə mahnılar oxumuş, rəqs etmiş, öz bacarıqlarını nümayiş etdirmişlər.

Sonda rayon icra hakimiyyəti tərəfində aparılan bayram sovqatı N saylı hərbi hissənin əsgərlərinə paylanmışdır.

Keçidlər